Ephemeral keys

Birgünlük açarlar – açar qurma prosesinin hər icrası zamanı statistik unikal olan və və açar növünün başqa tələblərini ödəyən (məsələn, hər bir məlumat və ya sessiya üçün unikallıq) qısaömürlü kriptoqrafik açarlar.
Enumeration
Escrow
OBASTAN VİKİ
Florida Keys
Florida Keys, ABŞ-nin Florida əyalətində yerləşən bir qrup arxipelaqdır. Təxminən 1700 adadan ibarətdir. Floridanın 24 kilometr cənubundadır. Ən ucunda yerləşən Key West, Kubadan 140 kilometr məsafədədir. Florida Keys 23,5 ilə 25,5 enlik arasında yerləşir. Bu xüsusiyyətlərinə görə adalarda subtropik iqlim mövcuddur. Adaları "Overseas Highway" ("Xarici magistral") adlanan bir yol birləşdirir. Adaların əhalisi 2000-ci il siyahıyaalınmasında 79.535 olaraq müəyyən olunmuşdur. Bir kvadrat kilometrə 223,66 nəfər düşür. Əhalinin 32% -i Key Westdə yaşayır.
Keys üsulu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
The Black Keys
The Black Keys – 2001-ci ildə ABŞ-də qurulmuş rok duosu. Qrup Den Auerbax (gitara, vokal) və Patrik Karnidən (baraban) ibarətdir. Duet müstəqil olaraq fəaliyyətinə başladı, onlar zirzəmilərdə musiqi yazdılar və öz albomlarını özləri istehsal etdilər.